logo
logo logo
logo

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - SƏBƏB

08:30 - 27 Sentyabr 2026

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - SƏBƏB

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən və bəzi sağlamlıq problemlərindən qaynaqlana bilər.

Səhərlər halsız oyanan insanlar əsasən enerji azlığından və diqqət problemlərindən şikayətlənirlər. Bu hal orqanizmin gecə ərzində kifayət qədər dincəlmədiyini göstərə bilər.

Səhər yorğunluğuna səbəb olan amillər arasında nizamsız yuxu rejimi, gecə ərzində tez-tez oyanmaq, stress və fiziki aktivliyin az olması göstərilir.

Bununla yanaşı, dəmir çatışmazlığı, qanazlığı, qalxanabənzər vəzin fəaliyyətində pozuntular və yuxu apnesi də uzunmüddətli yorğunluğa səbəb ola bilər.

Yorğunluq bir neçə gün ərzində keçmir və gündəlik həyata təsir göstərirsə, səbəbin müəyyənləşdirilməsi vacibdir. Xüsusilə kifayət qədər yuxuya baxmayaraq halsızlıq davam edirsə, həkimə müraciət etmək və lazımi müayinələrdən keçmək tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az