logo
logo logo
logo

Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi 

12:58 - 06 Oktyabr 2026

Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi 

Xalq artisti, məşhur diktor Ofeliya Sənani ötən gün xəstəxanaya yerləşdirlib.


Bu barədə Manset.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, diktorun bud sümüyü sınıb və o ötən gün axşam saat 18:15 radələrində Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib:

"05.10.2026-cı il tarixində saat 18:15 radələrində 1941-ci il təvəllüdlü Ofeliya Sənani Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bud sümüyünün sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında 05.10.2026-cı il tarixində saat 21:00 radələrində digər tibb müəssisəsinə təxliyə olunub".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az