Paytaxt yollarında bəzi motosiklet və skuter sürücülərinin yol hərəkəti qaydalarını pozması təhlükəli vəziyyətlərə səbəb olur.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Bildirilib ki, bəzi sürücülər işıqforun qırmızı işığında hərəkəti davam etdirir və yollarda təhlükəli manevrlər edirlər. Bu cür davranışlar həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradır.
Mərkəz bu cür qayda pozuntularının ağır nəticələrə səbəb ola biləcəyini vurğulayaraq, müşahidə kameraları tərəfindən qeydə alınmış iki yol-nəqliyyat hadisəsinin görüntülərini təqdim edib.