Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi “Biznesdə birlikdə” layihəsinə qeydiyyat davam edir.
Manset.az xəbər verir ki, müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir.
Layihə
həm yeni fəaliyyətə başlayan, həm də mövcud biznesini böyütmək istəyən mikro
sahibkarlara yönəlib. İştirakçılar Birbank, Birmarket, m10 və Milliön
platformaları vasitəsilə maliyyə, ödəniş və e-ticarət xidmətlərindən xüsusi
şərtlərlə istifadə edə biləcəklər. Bu proqram ideyasını fəaliyyətə və sabit
gəlirə çevirmək istəyənlər üçün əlverişli bir dəstək vasitəsidir.
Proqram
çərçivəsində sahibkarlara biznesin idarə edilməsi üzrə təlimlər, güzəştli
maliyyə və bankçılıq xidmətləri təklif olunacaq. Eyni zamanda, iştirakçılar
Birmarket platformasına qoşularaq həm müştəri bazasını, həm də rəqəmsal
satışlarını artıra biləcəklər.
İştirakçıların
seçimi zamanı şəhid ailələrinin üzvlərinə, fiziki məhdudiyyətli şəxslərə,
təqaüdçülərə, həmçinin qadın və gənc sahibkarlara üstünlük veriləcək.
Proqramın
şərtləri, təqdim edilən güzəştlər və qeydiyyatdan keçmək üçün e-keçid: https://bir.az/az/biznesde-birlikde
Bir
Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə
davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal
ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq
tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10
rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan
ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş
infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş
strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı
rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha
ətraflı: bir.az