Bu gün deputat Azay Quliyev Azadlıq prospekti 184 ünvanında yerləşən deputat ofisində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri və seçicilərlə görüş keçirib.
Manset.az xəbər verir ki, görüş zamanı İctimai Şuranın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, üzvlərin təklif və təşəbbüsləri dinlənilib.
Daha sonra vətəndaşların fərdi qəbulu keçirilib. Seçicilər onları narahat edən məsələləri deputatın diqqətinə çatdırıblar. Qaldırılan məsələlərin aidiyyəti qurumlarla birgə araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.