logo
logo logo
logo

Yük maşını prospektdə hərəkəti iflic etdi - YENİLƏNİB

12:58 - 15 Oktyabr 2026

Yük maşını prospektdə hərəkəti iflic etdi - YENİLƏNİB

Bakıda nasaz yük maşını hərəkəti iflic edib.


Manset.az Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hadisə Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində baş verib.

Yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. Nəticədə prospektdən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

Hazırda polis tərəfindən ərazidə zəruri tədbirlər görülür.

***

Hərəkətin məhdudlaşmasına səbəb olan texniki nasazlıq yaranmış yük avtomobili polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidən kənarlaşdırılıb. 

Hazırda qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az