logo
logo logo
logo

Su təchizatına qoşulmaq istəyirsinizsə, bu videoya baxın

12:51 - 15 Oktyabr 2026

Su təchizatına qoşulmaq istəyirsinizsə, bu videoya baxın

Su təchizatına qoşulmaq indi daha asandır.


Manset.az xəbər verir ki, bunun üçün vətəndaşlar tələb olunan sənədlərlə “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərinə, eləcə də “mygov” platforması üzərindən onlayn müraciət edə bilərlər.

Müraciət zamanı müvafiq sənədlərin tam təqdim olunması prosesin daha operativ aparılmasına imkan verir.

Təqdim olunan sənədlər aidiyyəti üzrə araşdırılır. Texniki imkanlar qiymətləndirilərək qoşulma şərtləri müəyyən edilir.

Tələb olunan prosedurlar tamamlandıqdan sonra su təchizatına qoşulma ilə bağlı növbəti mərhələlər barədə məlumat verilir. Elektron müraciət imkanı vətəndaşların vaxtına qənaət etməyə və xidmətlərdən daha rahat yararlanmağa şərait yaradır.

Su təchizatına qoşulma ilə bağlı daha ətraflı məlumatı təqdim olunan videoçarx vasitəsilə əldə edə bilərsiniz.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az