logo
logo logo
logo

Pensiya yaşı ilə bağlı YENİ TƏKLİF - Kimlər daha tez pensiyaya çıxa bilər? 

11:38 - 28 Oktyabr 2026

Pensiya yaşı ilə bağlı YENİ TƏKLİF - Kimlər daha tez pensiyaya çıxa bilər? 

Azərbaycanda pensiya yaşı məsələsi cəmiyyətdə müzakirə olunan aktual mövzulardan biridir. Əhalinin yaş strukturu, orta ömür uzunluğu, əmək bazarındakı vəziyyət və sosial təminat sistemi ilə bağlı məsələlər pensiya yaşının gələcəkdə yenidən nəzərdən keçirilməsi ehtimalını gündəmə gətirir.


Pensiya yaşının dəyişdirilməsi ilə bağlı müzakirələrdə həm vətəndaşların sosial rifahı, həm də pensiya sisteminin uzunmüddətli dayanıqlılığı əsas məsələlərdən hesab olunur.

Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun dediyinə görə, Azərbaycanda pensiya yaşına diferensial yanaşmanın tətbiqini təklif edib:

"Bu yanaşma qadınlarla kişilərin pensiya yaşları arasında fərqin müəyyənləşdirilməsini nəzərdə tutur. Bir sıra ölkələrdə, o cümlədən Mərkəzi və Şərqi Avropa dövlətlərində qadınların kişilərlə müqayisədə daha erkən pensiyaya çıxması praktikası mövcuddur.

Həmin təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi imkanlarının qiymətləndirilməsi məqsədəuyğun olardı. Qadınların pensiya yaşında sosial təminat ehtiyaclarının nəzərə alınması bu məsələyə fərqli yanaşmanı zəruri edir.

Pensiya yaşının diferensiallaşdırılması ilə bağlı təkliflər mütəmadi olaraq təqdim edilir. Bununla belə, məsələnin gələcək taleyi müvafiq dövlət qurumlarının qiymətləndirməsindən və qəbul ediləcək qərarlardan asılı olacaq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az