logo
logo logo
logo

Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi

09:15 - 06 Noyabr 2026

Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi

Astarada oğul atasının pullarını oğurlayıb.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, 16 yaşlı Mehman Ədilov (ad və soyad şərtidir) onlayn qumar oynamaq üçün müxtəlif vaxtlarda atasının bank kartlarından ümumilikdə 2286 manat pulu talayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edərək peşman olduğunu və atası ilə barışdığını bildirib. O, bu səbəbdən barəsində yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkən şəxs də, həmçinin, oğlu ilə barışdığını və ona qarşı şikayətçi olmadığını qeyd edib.

Məhkəmənin yekun qərarı ilə M.Ədilov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az