logo
logo logo
logo

Əcnəbilər üçün yeni dövlət rüsumları 

11:13 - 06 Noyabr 2026

Əcnəbilər üçün yeni dövlət rüsumları 

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu alınacaq.


Manset.az xəbər verir ki, bu, Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olunma halları isə "Dövlət rüsumu haqqında" qanunla müəyyən ediləcək.

Həmçinin iş icazəsinin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödəniləcək.

Bundan başqa, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə əlavə dövlət rüsumu ödəniləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az