logo
logo logo
logo

Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı - VİDEO

11:20 - 06 Noyabr 2026

Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı - VİDEO

Gürcüstanın Kaxeti bölgəsinin Saqarexo bələdiyyəsinin azərbaycanlıların yaşadığı Ləmbəli kəndində iki qardaş qətli ilə bağlı bir nəfər həbs edilib.


Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Kaxeti Polis Departamentinin və Daxili İşlər Nazirliyinin patrul polisinin əməkdaşları ağırlaşdırıcı hallarda iki nəfərin qəsdən öldürülməsi ittihamı ilə bir nəfəri həbs ediblər.

Bildirilir ki, noyabrın 5-də təqsirləndirilən şəxs iki nəfəri uzun müddət davam edən münaqişə səbəbindən güllələyib və hadisə yerindən qaçıb.

Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı

Polis cinayətdə istifadə edilən silahı maddi sübut kimi müsadirə edib.

"İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi üzrə aparılır ki, buna əsasən, 20 ilə qədər azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur", - deyə ittiham aktında qeyd olunub.

Üç qardaşdan sağ qalan yeganə şəxs Elman Usapov hadisə barədə danışıb:

"Biz dörd nəfər idik - üç qardaş və bir qonşu. Birdən maşın dayandı və atəş açmağa başladı. Onlar dəfələrlə atəş açdılar. Əvvəllər heç vaxt belə bir şey olmamışdı, aramızda heç bir münaqişə yox idi. Qardaşlarım yerindəcə həlak oldular".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az