Azerbaijan flag

2 nəfər dəm qazından boğuldu 

12:09 - 11 Noyabr 2026

2 nəfər dəm qazından boğuldu 

Bakıda 30 yaşlı kişi dəm qazından boğulub.


Manset.az xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

Noyabrın 10-u saat 03 radələrində Quba rayon sakini 1996-cı il təvəllüdlü Rahim Mahir oğlu Yüzbaşıyev kirayədə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Oxşar hadisə Biləsuvarda da baş verib. 1960-cı il təvəllüdlü Arif Xıdır oğlu Şirinov yaşadığı Biləsuvar şəhəri M.Ə.Sabir küçəsindəki evin hamam otağından dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az