Masallıda 15 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərdən izahat alındı

14:19 - 31 Yanvar 2022

Masallıda 15 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərdən izahat alındı

Masallıda 15 yaşlı qız ərə verilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinin, Masallı rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşalrı tərəfindən araşdırma aparılıb.

Manset.az report-a istinadən xəbər verir ki, aparılan araşdırmaların nəticəsində məlum olub ki, Elçin Məmmədzadinin (ad şərtidir) ailəs rayonun Təzə Alvadı kənd sakini, 2007-ci il təvəllüdlü Aysel ƏIizadənin (ad şərtidir) evinə elçi gediblər.

Qızın ailəsi azyaşlı qızının oğlanla nişanlanmasına icazə veriblər.

Bundan sonra hər iki tərəfin valideynləri ilə profilaktik söhbətlər aparılıb və qızn 18 yaşı tamam olmayınca toy mərasiminin keçirlməməsi ilə bağlı izahatları alınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az