BDU-da dekan seçkiləri başa çatıb

17:30 - 15 Fevral 2022

BDU-da dekan seçkiləri başa çatıb

Bakı Dövlət Universitetinin (BDU) 12 fakültəsində səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər başa çatıb.

 

Bu barədə Manset.az-a Bakı Dövlət Universitetindən xəbər verilib.

Məlumata görə, seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq səsvermə yolu ilə keçirilib.

Yeni seçilmiş dekanlar aşağıdakılardır:

Mamoy Mansurov - Geologiya fakültəsi,

Ələmdar Bayramov - Kitabxanaçılıq-informasiya fakültəsi,

Rövşən Cavadov - Sosial elmlər və psixologiya fakültəsi,

Afət Məmmədova - Biologiya fakültəsi,

Ziyatxan Əliyev - Mexanika-riyaziyyat fakültəsi,

İbrahim Zeynalov - Tarix fakültəsi,

Bəxtiyar Paşayev - Fizika fakültəsi,

Elçin Məmmədov - Filologiya fakültəsi,

Aydan Xəndan – Şərqşünaslıq fakültəsi,

Laçın Abışlı - Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi,

Fuad Kərimov - Kimya fakültəsi,

Akif Ağbabalı - Ekologiya və torpaqşünaslıq fakültəsi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az