Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı - FOTO

09:05 - 16 Fevral 2022

Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı - FOTO

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Xəyal Aslanov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, üzərindən narkotik vasitə olan “heroin” aşkar edilən saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun 2021 və 2022-ci illərin müxtəlif vaxtlarında rayon razisindəki ümumilikdə 4 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif məbləğlərdə nağd pul, danışıq kartları və tütün məmulatları oğrulması müəyyən edilib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az