Bu bölgələrdə müəllimlərin yerdəyişmə qaydası dəyişdi

12:11 - 16 Fevral 2022

Bu bölgələrdə müəllimlərin yerdəyişmə qaydası dəyişdi

“Müəllimlərin iş yerlərinin dəyişməsi iyun ayında həyata keçirilməsi planlaşdırılır”.

 

Manset.az  bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə bildirib. 

Onun sözlərinə görə, ilk olaraq şəhid ailəsi üzvü olan daimi əsasla işləyənlər üçün yerdəyişmə açıq elan ediləcək:

“Növbəti mərhələdə daimi əsaslarla işləyən digər müəllimlərə də tətbiq ediləcək. Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə, digər bölgələrdə isə açıq şəkildə olacaq və heç bir məhdudiyyət tətbiq edilməyəcək”. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv