İnanın ki, rəsmi xəbərdir. İyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscid yandırılıb. Məscidləri kənd sakinləri olan Fuad və Şahbaz Nəbiyev qardaşlarının yandırıb.
Manset.az xəbər verir ki, İlk istintaqda müəyyən edilib ki, bu qardaşlar öz ata evlərinin yaxınlığında yerləşən məscidə nəzarət edirmişlər. Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüş.
Qardaşlardan biri məscidə rəhbərlik edib. Məscid köhnə və təmirə ehtiyacı olduğuna görə insanlar son zamanlar ora gəlməyiblər. Kənd sakinləri daha çox tam təmirli olan digər məscidi ziyarət edirmiş.
Buna görə də qardaşlar əhalinin digər məscidə çox getməsi səbəbindən hər iki məscidi yandırıblar. Yanğından sonra məscidlərin kənd camaatı tərəfindən eyni cür təmir olunacağını güman ediblər. Əvvəlcədən belə qərara gəliblər ki, ikisi də yansa, heç kim bunlardan şübhələnməyəcək".
Bu sözləri özünün facebook səhifəsində Milli Məclisin deputatı Fazil Mustafa yazıb. Deputat daha sonra qeyd edib ki, burda qəribə heç nə baş verməyib:
"Bizdə el arasında məscidə "Allahın evi" adını versələr də, Allahla ən az əlaqəsi olan yer də bir çox hallarda məscidlərdir. Allahın evi cəhalət yuvası ola bilməz, dedi-qodu yeri ola bilməz, Allahın adı ilə din lotuları üçün nəzir, sədəqə yığılmaz, mollaların savadsız, cahil insanları din adına aldatdığı yer ola bilməz, ayrı-ayrı məzhəblərdən olan müsəlmanların əzan üstündə, namaz üstündə münaqişə yaşadığı yer ola bilməz. Dünən yolüstü namaz üçün Bibiheybət məscidinə girdim, orada ona yaxın qadının ortadakı qəbirin reşotkasına başını sürtüb ağlaşdığını gördüm. Danabaş kəndi indi daha da böyüyüb Danabaş şəhərinə çevrilib. Həm də 21-ci yüzildə kütləvi şəkildə yanlış dinin danabaşlaşdırdığı insan kütləsi çoxalıb. Əslində ölkəmizdə məscidlərin hamısı yandırılıb, tüstüsünü görmürsünüz. Allahın adından başqa Allaha aid çox az şeylər taparsınız burada. İndi məscidə nəzarət edən iki qardaş həm də cəmiyyət içində, kənd içində dindar sayılırlar. Həm də insanların illərdir din adına verdikləri nəzirlərlə, sədəqələrlə imkan sahibinə çevrilmiş dindarlardır. Dindarı məscidi yandırmağa adi iş kimi baxırsa, dini ibadətin də bir vərdişdən, bir statusdan, bir saxtakarlıqdan qaynaqlandığını rahatca söyləmək olar. Burada eyni zamanda məscidin yanmağının fəzilətindən də danışmaq mümkündür. Həm də o halda danışmaq mümkündür ki, yanmış məsciddə bitlər təmizlənsin, fitnələr təmizlənsin, ibadətlər səmimiləşsin. Əməlindən bixəbər olduğunuz ölülərin qəbrinə, qəbrinin reşotkasına başınızı sürtmək yerinə gedib Fəxri Xiyabanda Mirzə Cəlilin məzarının sinə daşına başınıız söykəyib bir neçə dəqiqəliyə qulaq verin. Elə faydalı sözlər eşidəcəksiniz ki, içiniz alışıb yanacaqdır.
Nə deyim, istintaq orqanlarına tövsiyyəm odur ki, o qardaşlarla işləri olmasın. Məscidlərin ikisi də özləri yanıb. Azərbaycan adlanan məmləkətdə bu qədər insanın içində, beynində yaşatdığı cahilliyə, nadanlığa, xurafata məscid dözər?"/Yenisabah.az
“Allahla ən az əlaqəsi olan yer məscidlərdir“ - Deputat
01:21 - 08 İyul 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
07 Fevral 2026 - 21:00
Azərbaycanda məşhur istirahət mərkəzi yandı
07 Fevral 2026 - 10:14
Azərbaycanın yüksək vəzifəli generalı işdən çıxarıldı - FOTO
07 Fevral 2026 - 15:50
Liseydə güllənənən müəllimin atası nələri danışdı? - VİDEO
07 Fevral 2026 - 16:10
Qohumları ilə dalaşan kişi infarktdan öldü
07 Fevral 2026 - 18:18
Bakıda kafenin tualetindən meyit tapıldı
07 Fevral 2026 - 16:26
Müəllimi güllələyən şagird həbs olundu
07 Fevral 2026 - 17:10
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
07 Fevral 2026 - 19:20
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi
07 Fevral 2026 - 21:41
Ermənistanda hərbi qulluqçunun meyiti tapıldı
07 Fevral 2026 - 12:44
Güllələnən müəllimin SON VƏZİYYƏTİ
07 Fevral 2026 - 13:20
Baş prokuror onu yüksək vəzifəyə təyin etdi
07 Fevral 2026 - 12:47
Alidə Mustafayeva icra başçısından ayrılmayıb - Xəbər yalan çıxdı
Xəbər xətti
- 08 Fevral 2026
- 08:30 Milanda polislə etirazçılar arasında toqquşmalar oldu
- 08:00 “Yuventus” Kənan Yıldızla yeni müqavilə imzaladı
- 01:00 Rafiq Həşimova ağır itki
- 00:30 Azərbaycan cüdoçusu Parisdə qızıl medal qazandı
- 07 Fevral 2026
- 23:59 Günəşdə əsrin ən güclü partlayışlarından biri başa çatdı
- 23:22 Hindistanda attraksion qəzası - Ölən və xəsarət alanlar var
- 22:58 Netanyahu Trampla İran məsələsini müzakirə edəcək
- 22:44 “Stalin” vəfat etdi
- 22:21 Venslə birgə o da Azərbaycana gəlir
- 21:59 “Barselona” “Malyorka”nı məğlub etdi
- 21:41 Ermənistanda hərbi qulluqçunun meyiti tapıldı
- 21:23 Bu ölkə uşaqlara sosial şəbəkələri qadağan etməyə hazırlaşır
- 21:00 Azərbaycanda məşhur istirahət mərkəzi yandı
- 20:41 “Neftçi”- “Qarabağ” oyununun təxirə salınmasına əsasnamə nə deyir?
- 20:20 On min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanıldı
- 20:00 Kraliça orduya yazıldı - Foto
- 19:40 Londonda tələbələrə HÜCUM EDİLDİ
- 19:20 Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi
- 19:00 “İdrak” liseyində baş verən hadisə - Məsuliyyət harada itdi?
- 19:00 Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
- 18:40 Rusiya Ermənistana atom elektrik stansiyası tikəcək
- 18:18 Bakıda kafenin tualetindən meyit tapıldı
- 17:54 Cüdoçumuz finala vəsiqə qazandı
- 17:33 Əfqanıstanda avtobus aşdı - Ölən və yaralananlar var
- 17:10 Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 16:50 Ekrem İmamoğlunun mühafizəçisi saxlanıldı
- 16:26 Müəllimi güllələyən şagird həbs olundu
- 16:10 Qohumları ilə dalaşan kişi infarktdan öldü
- 15:50 Liseydə güllənənən müəllimin atası nələri danışdı? - VİDEO
- 15:35 Şəmkirdə 68 yaşlı qadın qəsdən öldürülüb - BİRGƏ MƏLUMAT
- 15:17 Çində güclü partlayış - ÖLƏNLƏR VAR
- 15:00 Erməni canilərinin ədalət mühakiməsi
- 14:48 17 yaşlı qız evdə qızdırmadan öldü
- 14:35 AAYDA-nin yeni sədri kollektivə təqdim edildi - FOTOLAR
- 14:21 Bu məktəbdə uşaqlar niyə dərsə gəlmir? - Araşdırma başlandı
- 14:06 Paytaxtda körpə bacı-qardaş dəm qazından ÖLDÜ
- 13:59 Bakıda sayğac fırıldağı - Pulları götürüb aradan çıxdı
- 13:45 “Xatirələr sahilində” filminin nümayişi keçirildi - FOTOLAR
- 13:38 Nəsimidə 3 kiloqramdan çox narkotik aşkarlandı
- 13:20 Baş prokuror onu yüksək vəzifəyə təyin etdi
- 13:07 Azərbaycanda torpaq sürüşməsi oldu
- 12:59 Ötən gün vətəndaşlarda 7 avtomat, 17 tüfəng AŞKARLANDI
- 12:47 Alidə Mustafayeva icra başçısından ayrılmayıb - Xəbər yalan çıxdı
- 12:44 Güllələnən müəllimin SON VƏZİYYƏTİ
- 12:36 Bazar günü hava necə olacaq?
- 12:31 Şeyx Vatikana gedir
- 12:13 Azərbaycanda 5 idarə LƏĞV EDİLDİ
- 11:42 Ayağı velosipedə sıxılıb qalan uşaq xilas edildi - VİDEO
- 11:30 Narkotik qəbul edib maşın sürdü - Həbs edildi
- 11:09 Neftimizin bu günə olan QİYMƏTİ
- 10:56 146 kq at ətini mal əti adı ilə satmaq istədilər - Tutuldular