Daha 184 azərbaycanlı Bakıya gətirildi - FOTOLAR

20:20 - 05 Mart 2022

Daha 184 azərbaycanlı Bakıya gətirildi - FOTOLAR

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar Rumıniya ərazisindən həyata keçirilən növbəti çarter reysi ilə vətənə gəlib.

 

Manset.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Tvitter hesabında paylaşım edib.

Bildirilib ki, aralarında 7 körpə olmaqla, 184 sərnişin ölkəyə gətirilib:

“İndiyədək baş tutan yeddi çarter reysi ilə 1295 həmvətənimiz Azərbaycana gəlib”.

 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az