Xəbər verdiyimiz kimi martın 16-da paytaxtın Mikayıl Əliyev küçəsində Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin xidməti avtomobili qaydanı pozub.
Manset.az-ın əldə etdiyi məlumata görə, 01-AA-001 dövlət qeydiyyat nişanlı avtomobil qaydaları pozduğu zaman A.Fərzəliyev xidməti maşının içərisində olub. İcra başçısının sürücüsünün “əməlinə” göz yumması müzakirələrə səbəb olub. A.Fərzəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi tənqid edilib.
Qeyd edək ki, görüntülərin yayılmasından dərhal sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Abşeron rayon İcra Hakimiyyətinə məxsus nəqliyyat vasitələrinin sürücüsü barədə inzibati tənbeh tədbiri seçib. Belə ki, əks istiqamətli yola çıxan sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 100 manat 4 bal cərimə edilib.