ABŞ-dən gərginliyi artıracaq addım - 12 "F-22" bu ölkəyə eniş etdi

09:53 - 25 Fevral 2026

ABŞ-dən gərginliyi artıracaq addım - 12 \"F-22\" bu ölkəyə eniş etdi

ABŞ Hava Qüvvələrinə məxsus 12 "F-22" tipli döyüş təyyarəsi İsrailin cənubunda yerləşən hərbi bazalardan birinə eniş edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı xəbərdə dünyanın ən inkişaf etmiş döyüş təyyarələri arasında yer alan "F-22"lərin ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunun bir hissəsi olaraq İsrailə gətirildiyi bildirilib.

İsrailin cənubundakı hava bazalarından birinə enmiş olan 12 "F-22" təyyarəsinin "düşmən ərazilərinə daxil olaraq hava müdafiə sistemlərini və radarları təsirsiz hala gətirmək missiyasını" yerinə yetirəcəyi iddia edilir.

Xəbərdə həmçinin ABŞ-nin bu təyyarələri İsrailə yerləşdirmək qərarının, "İsrailin raket hücumlarına qarşı daha yaxşı hazırlıqlı olması və 12 günlük müharibə təcrübələrindən irəli gələn ehtiyacdan" qaynaqlandığı qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az