Füzuli və Cəlilabadda su basmış ərazilərin görüntüləri yayımlanıb.
Manset.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, intensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması məqsədilə gün ərzində FHN-in qüvvələri tərəfindən Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində və Cəlilabad rayonunun Göytəpə şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.