Sumqayıtda qəza olub, xəsarət alan var - FOTO

20:24 - 22 Mart 2022

Sumqayıtda qəza olub, xəsarət alan var - FOTO

Sumqayıtda xəsarətlə nəticələnən qəza baş verib.

 

Manset.az "APA"ya istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

“Xəzər” markalı avtomobil kuryer xidməti ilə məşğul olan motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü 2001-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Elgün Səfərov xəsarət alıb.

21 yaşlı gənc təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az