Laçında itkin düşən hərbçilərin axtarışı davam edir - MN - VİDEO

14:20 - 23 Mart 2022

Laçında itkin düşən hərbçilərin axtarışı davam edir - MN - VİDEO

Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir.

 

Manset.az xəbər verir ki, Müdafiə Nazirliyindən cavab olaraq bildirilib ki, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az