Martın 20-dən etibarən Lənkəranın Qumbaşı kəndində sel suları evlərə və təsərrüfatlara ciddi ziyan vurub. Buna səbəb intensiv yağan yağışlar nəticəsində Masallıdan gələn Kor çayının məcrasından çıxması olub.
Manset.az xəbər verir ki, nəticədə 100-dən çox həyətyanı sahəni və evlərin zirzəmilərini su basıb.
Müvafiq komissiya yaradılıb və hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülsə də, Kor çayının sahilində yerləşən 30-a yaxın evin həyətyanı sahəsində su hələ də qalmaqdadır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: