Bir gündə 7 minə yaxın peyvənd vurulub

18:40 - 24 Mart 2022

Bir gündə 7 minə yaxın peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 914 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manşet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 787, üç və daha çox doza vaksin vurduranların sayı 5 418, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 362 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 382 494, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 073, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 816 072, üç və daha çox doza vaksin vurduranların sayı 3 021 324, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 225 025 təşkil edir.

Bir gündə 7 minə yaxın peyvənd vurulub


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az