Bu gün dünya çox gərgin bir mərhələyə qədəm qoyub. Dünyada köklü dəyişikliklər başlayıb. Belə bir məqamda dünyanın önəmli mərkəzlərindən biri olan ABŞ-ın prezidenti Baydenin Azərbaycan prezidenti İlham Əliyevə, eyni zamanda cənab prezidentin də Baydenə məktub göndərməsi mühüm hadisədir.
Azərbaycan Prezidenti bu gün qlobal siyasəti çox düzgün dəyərləndirir və proseslərə adekvat siyasət yürüdür ki,bu da ölkəmizin çətin sınaqlar qarşısında qalmaması üçün olduqca mühüm amildir.
Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda beynəlxalq arenada nüfuzlu dövlətə çevrilib. Buna görə də ölkəmizə ciddi dəyər verilir ki, prezidentlərin qarşılıqlı məktubları da məhz bu amilin göstəricisidir.
Bilirsiniz ki, hazırki geosiyasi situasiya enerji amilini yenidən önə çıxarıb. Azərbaycanın enerji təhlükəsizliyində rolu daha da artıb. Ölkəmizin güvənli və ədalətli tərəfdaş imici bizə verilən önəmi daha da artırır.
Biz, bölgədə önəmli və həlledici ölkəyik. Vətən Müharibəsindəki qələbəmiz dövlət və xalq olaraq nüfuzumuzun daha da yüksəlməsinə səbəb olub. Prezident İlham Əliyevin müharibədən öncə, müharibənin gedişində və sonrasında Azərbaycana edilən ciddi təzyiqlərin qarşısında qətiyyətlə durması qələbəmizi şərləndirməklə yanaşı bizi diktə edən tərəfə çevirdi.
ABŞ prezidentinin məktubu Vaşinqtonun Azərbaycanla əməkdaşlığın inkişaf etdtrilməsində maraqlı olduğunu göstərir. Cənab Prezidentin də məktubu Azərbaycanın bu əməkdaşlığa önəm verdiyini özündə ehtiva edir.
Azərbaycan bu gümn mükəmməl balanslı siyasət yürüdür. Həm Rusiya, həm də Qərblə əlaqələrimiz yüksək səviyyədədir ki, bu da bizə digər ölkələrlə müqayisədə üstünlük qazandırır.
Təsadüfi deyil ki, Baydenin Prezident İlham Əliyeva ünvanladığı məktubda həm də Azərbaycanın təhlükəsizlik məsələsində atdığı addımlar müsbət xarakterizə edilir.
Bu il ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini vurğulayan Bayden “Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcək. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığı təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”,- ifadəsi özündə Azərbaycanın həm də diplomatik qələbəsini əks etdirir.
Bayden bununla Azərbaycanla Ermənistan sülh sazişinin imzalanmasına dəstəyini vurğulayır. Təbii ki, bu Azərbaycanın tarixi zəfərdən sonra onunla hesablaşmanın zəruriliyini önə çıxarır.
Onu da nəzərinizə çatdırım ki, Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən böyük enerji layihələri ölkəmizə diqqəti daha da artırır. Bu da ölkə başçısının düşünülmüş, uzaqgörən, praqmatik siyasətinin nəticəsidir.
Aydın Hüseynov
Millət vəkili