Goranboyda 2 nəfər dəm qazından zəhərləndi

20:16 - 27 Mart 2022

Goranboyda 2 nəfər dəm qazından zəhərləndi

Goranboyda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində baş verib.

2004-cü il təvəllüdlü Əliyev Riad Fərid oğlu zəhərlənmə diaqonozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Digər dəm qazından zəhərlənmə faktı isə rayonun Ağcakənd kəndində qeydə alınıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Əzimova Nailə Kazım qızı zəhərlənmə diaqonu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə hər iki şəxs yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az