Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun dəfn olunacağı yer məlum olub.
Manset.az xəbər verir ki, sabiq dövlət başçısı ilə “Şəhriyar” adına mədəniyyət klubunda vida mərasimi keçiriləcək.
Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, A. Mütəllibov ötən gün 84 yaşında dünyasını dəyişib.