Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) küləyin güclənəcəyi haqda məlumat yayıb.
Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında aprelin 4-də şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 4-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.