Müğənni Manaf Ağayevin işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi avtomobilinin hələ də özünə qaytarılmadığını iddia olunub.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat paylaşıb. Vəkilin sözlərinə görə, azad olunan ərazilərə icazəsiz keçdiyi üçün həbs olunan M.Ağayev cəzasını çəkib qurtarmasına baxmayaraq, ona məxsus "Mersedes" markalı avtomobil cərimə meydançasında saxlanılır.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirib ki, vəkilin iddiaları əsassızdır: “Manaf Ağayevlə bağlı inzibati tənbeh tətbiqi ödənildikdən dərhal sonra avtomobil sahibinə qaytarılıb”.