Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.
Manset.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazirin 14-15 sentyabrda Doha şəhərində keçiriləcək Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxışı, habelə yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.