Bu gün Bakıda keçirilən turnirdə 7 qat dünya, 3 qat Avropa çempionu Alim Nəbiyev MMA üzrə ilk döyüşünə çıxıb.
Manset.az xəbər verir ki, onun rəqibi iranlı idmançı Nezhad Vahid olub.
Döyüşün taleyi birinci raundda həll olunub – Alim Nəbiyev rəqibini nakautla məğlub edərək MMA karyerasına parlaq qələbə ilə start verib.
Qeyd edək ki, Alim Nəbiyev növbəti dəfə oktyabrın 25-də Batumidə keçiriləcək “Grand Bellagio” turnirində rinqə çıxacaq.