Sel gəldi, körpünü dağıtdı - VİDEO

14:39 - 14 Sentyabr 2025

Sel gəldi, körpünü dağıtdı - VİDEO

Balakəndə sel körpünü dağıdıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, son günlər ölkənin şimal-qərb bölgəsində qeyr-sabit hava şəraiti hökm sürür.

Balakən rayonunun Gərəkli kəndi ərazisindən keçən, mənbəyini Qubek dağlarından alan Hunbul çayından səhər saatlarında sel keçib. Sel kəndin yuxarı hissəsində çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız hala salıb. Avtomobillərin və piyadaların gediş-gəlişi müvəqqəti dayanıb.

Hazırda aidiyyəti qurumlar hadisə yerinə baxış keçirərək körpüdə baş verən qəzanın aradan qaldırılması istiqamətində iş aparır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az