Milli Məclisin deputatı Əziz Ələkbərli şəhid valideynləri və seçicilərlə görüşüb.
Manset.az xəbər verir ki, Əziz Ələkbərli aprelin 2-i və 3-də Saatlı rayonundan olan şəhid valideynləri ilə görüşüb.
Görüşdə şəhid valideynlərinin problemlərini dinlənilib, araşdırılıb, nəzarətə götürülüb.
Deputat şəhid valideynləri və qazilərlə görüşlərin bundan sonra da mütəmadi keçiriləcəyini bildirib.
Görüşdən sonra deputat Əziz Ələkbərli Saatlı rayon İcra Hakimiyyəti Aparatında olub, şəhid valideynləri və qazilərin qaldırdığı məsələləri birgə müzakirə ediblər.