Şirvan sakininin evindən silah-sursat və narkotik aşkarlandı

19:41 - 03 Aprel 2022

Şirvan sakininin evindən silah-sursat və narkotik aşkarlandı

Şirvanda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ağaverdi Qafarov saxlanılıb.

 

Manset.az xəbər verir ki, həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətindəki yardımçı tikilidən bir ədəd lüləsi kəsilmiş odlu silah, 100 ədəd “Makarov” markalı tapançaya məxsus 9 mm-lik patron, psixotrop maddə - metamfetamin, narkotik vasitə - tiryək, eləcə də bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az