Bakıda metrosunda YENİLİK - Platformalarda təhlükəsizlik səddi quraşdırılacaq

14:51 - 08 Aprel 2022

Bakıda metrosunda YENİLİK - Platformalarda təhlükəsizlik səddi quraşdırılacaq

Bakı metropoliteni Bənövşəyi xətt üzrə inşa edilən stansiyalarda sərnişin platformasında təhlükəsizlik səddinin quraşdırılmasını nəzərdə tutur.

 

Manset.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, yeni nəsil qatarlar təhlükəsizlik səddi üçün müvafiq infrastruktura malikdir.

"Hazırda istismarda olan köhnə qatarlarda belə bir funksiya yoxdur. Həmçinin Yaşıl və Qırmızı xətt üzrə olan stansiyalarda da bu məsələ əvvəldən planlaşdırılmayıb. Hazırda tikintisi davam etdirilən və 3 stansiyası istifadə olunan Bənövşəyi xəttdə təhlükəsizlik səddinin quraşdırılması inşaat baxımından nəzərə alınıb.

Bununla yanaşı, Qırmızı xətt üzrə olan "28 may" stansiyası köhnə tikili olmasına baxmayaraq bu stansiyada təhlükəsizlik səddinin quraşdırılmasını mümkünlüyü ilə bağlı araşdırma aparılıb.

Məlum olub ki, bu stansiyada təhlükəsizlik səddinin tikilməsi üçün əlavə bünövrə bərkidilməsi aparılmalıdır. Yəni həmin stansiyada da təhlükəsizlik səddi quraşdırmaq mümkündür", - deyə B. Məmmədov bildirib.

O qeyd edib ki, hazırda bu istiqamətdə araşdırma işləri davam etdirilir:

"Ehtiyac yaranarsa, gələcəkdə stansiyaların platformalarında təhlükəsizlik səddi quraşdırıla bilər. Bunun üçün uzun müddət vaxt və böyük vəsait lazımdır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az