Suraxanıda növbəti səyyar-görüş keçirildi - Fotolar

15:57 - 08 Aprel 2022

Suraxanıda növbəti səyyar-görüş keçirildi - Fotolar

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü keçirib.

 

Manset.az xəbər verir ki, görüş Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə olub. 

Ə.Məmmədov adına 101 saylı tam orta məktəbin akt zalında 130 nəfərə yaxın sakinlə keçirilən səyyar görüşdə Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. 

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov çıxış edib. 

Rayonda nəqliyyat problemlərinin həlli ilə bağlı RİH başçısı Əziz Əzizovun iştirakı ilə Bakı Nəqliyyat Agentliyində birgə görüşün keçirildiyini qeyd edən Millət Vəkili Afət Həsənova bu sahə üzrə də müvafiq işlərin aparıldığını bildirib.

Daha sonra sakinləri maraqlandıran məsələlər müzakirə olunmuş, müraciətlər cavablandırılmış və ya araşdırılması üçün nəzarətə götürülüb.

 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az