Sumqayıt şəhərində bıçaqla silahlanmış şəxsin köşkdə satıcıya hücum etməsinin görüntüləri yayılıb. Videoda quldurluq edən şəxsin kəsici alətlə satıcını hədələyərək onun telefonunu və kassada olan pulu götürərək qaçdığı əks olunub.
Manset.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, polis tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin martın 20-də axşam saatlarında 1-ci mikrorayon ərazisində baş verdiyi məlum olub.
Satıcı işləyən Abasov Şahin Ərzuman oğluna qarşı quldurluq edən şəxsin şəhərin Kimyaçılar qəsəbə sakini, 2003-cü il təvəllüdlü Axundov Eldar Elçin oğlu olması müəyyən edilib.
Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində Cinayət Məcəlləsinin 181-ci (qudurluq) maddəsi ilə iş açılıb.