Əməkdar memarın ölkədən çıxışı qadağan olundu

15:38 - 09 Aprel 2022

Əməkdar memarın ölkədən çıxışı qadağan olundu

Azərbaycanın Əməkdar memarı Afis (Hafiz) Əmirxanovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, dövlətə olan vergi borcunu ödəmədiyi üçün məhkəməyə verilib. Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində A.Əmirxanova qarşı qaldırdığı iddia təmin olunub.

Məlum olub ki, memarın Dövlət Sosial Müdafiə Fonduna borcu var.

Qeyd edək ki, A.Əmirxanov Əməkdar memar və Prezident təqaüdçüsüdür. O, vaxtilə Memarlar İttifaqının I vitse-prezidenti olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az