Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, vida mərasimi saat 13:00-da İlqar Fətizadənin Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yaşadığı binada keçiriləcək.
Qeyd edək ki, İ. Fətizadə bu gecə uzunsürən xəstəlik səbəbindən dünyasını dəyişib.
Mərhum 1999-cu ildən maliyyə nazirinin birinci müavini idi.