Sumqayıtda PARTLAYIŞ - 3 nəfər yaralandı

09:43 - 27 Fevral 2026

Sumqayıtda PARTLAYIŞ - 3 nəfər yaralandı

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış hadisəsi baş verib.


Manset.az Report-a istinadən məlumat verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdlü Davidov Ceyhun Zakir oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Coşğun Ruşan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az