Ötən gecə Pakistan və Əfqanıstan arasında vəziyyət gərginləşib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan Müdafiə Nazirliyindən verilən açıqlamada, "Səbrimiz tükəndi, Əfqanıstanla açıq müharibəyə başladıq", deyə bildirilib. Pakistan ilə Əfqanıstan arasında Durand Xəttində baş verən qarşıdurmalar qarşılıqlı açıqlamalarla yeni bir mərhələyə keçib. Hər iki tərəf ağır itkilər verdiklərini və çox sayda hərbi obyektin hədəf alındığını iddia edir. Pakistan İnformasiya Naziri Attaullah Tarar, Kabil, Paktia və Kandaharda bəzi hədəflərin vurulduğunu bildirərək, ölüm sayının artacağına diqqət çəkib.
Əməliyyatlar zamanı 27 mövqeyin məhv edildiyini, 9 obyektin isə ələ keçirildiyini irəli sürən Tarar iki korpus və üç briqada qərargahı daxil olmaqla çox sayda hərbi hədəfin vurulduğunu, 80-dən çox avtomobil və silahın istifadəyə yararsız hala gətirildiyini qeyd edib.
Tarar Əfqanıstanın cavab tədbirlərinə qarşı müqavimət göstərməyə davam edəcəklərini də vurğulayıb.