Bu gün günorta saatlarında Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin müttəfiqi, keçmiş dövlət katibi Gennadi Burbulis 77 yaşında Bakıda vəfat edib.
Manset.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda onun ailəsi məlumat yayıb.
Burbulisin sözçüsü Andrey Markov “İnterfaks”a bildirib ki, RSFSR-in keçmiş dövlət katibi “xəstə deyildi, özünü yaxşı hiss edirdi və IX Qlobal Bakı Forumunda yenicə iştirak edib ”.
Qeyd edək ki, Gennadi Eduardoviç Burbulis Boris Yeltsinin prezidentliyinin əvvəlində ən yaxın silahdaşlarından biri olub. 1991-1992-ci illərdə dövlət katibi və Rusiya Baş nazirinin birinci müavini vəzifələrində çalışıb.