Azərbaycanda aşan ağac magistral yolu bağladı: Yüzlərlə avtomobil yolda qaldı

12:31 - 06 İyul 2022

Azərbaycanda aşan ağac magistral yolu bağladı: Yüzlərlə avtomobil yolda qaldı

İsmayıllı rayonunda irigövdəli ağac aşaraq Muğanlı-İsmayıllı yolunu bağlayıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki,  bu gün səhər saat 10:30 radələrində Talıstan kəndi ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarındakı iri gövdəli ağaclardan biri aşıb.

Nəticədə yolun hər iki hərəkət zolağı bağlanıb. Yolda nəqliyyatın hərəkəti dayanıb, yüzlərlə avtomobil yolda qalıb. Hazırda yolun açılması üçün ağacın kəsilməsi işləri görülür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az