Səhər saatlarında bulvar ərazisində dənizdə boğulmaqda olan qadın xilas edilib.
Bu barədə, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva Manset.az-a bildirib. Artıq qadının vəziyyəti yaxşıdır:
“Səhər saatlarında dənizdə boğulmaqda olan qadın xilas edilib. Bulvarın mühafizə xidməti hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyinə və Daxili İşlər Nazirliyinə məlumat verib. Hazırda onun səhhətində hər şey qaydasındadır”.
