Ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərildi

11:28 - 09 İyul 2022

Ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərildi

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi rayonunda, eləcə də Balakən və Yevlax rayonları ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 25 450 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bu barədə Manset.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, faktlarla bağlı “Şərq İnşaat” MMC, “Lalə tekstil” MMC, həmçinin Zaqatala rayon sakini Ramil Rəcəbov barəsində akt tərtib edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Vətəndaşları yaşıllıqların məhv edilməsinə yol verməməyə, bu cür hallar aşkar edildikdə isə dərhal Nazirliyin 168 saylı “Qaynar Xətt”inə məlumat verməyə çağırırıq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az