Kürdəmirdə narkotik xassəli bitkilər becərən şəxs saxlanıldı - FOTO

17:09 - 09 İyul 2022

Kürdəmirdə narkotik xassəli bitkilər becərən şəxs saxlanıldı - FOTO

Kürdəmir rayonunda narkotik xassəli bitkilər becərən şəxsi polis elə iş başında yaxalayıb.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı kənd sakini Səmədzadə Həsrət Hacıqulu oğlu yaşadığı evdə saxlanılıb.

Onun həyətyanı sahəsinə baxış zamanı oradan 12 kol olmaqla, ümumilikdə 6 kiloqram 800 qram narkotik vasitə olan çətənə kolu aşkar olunaraq götürülüb. Həsrət Səmədzadə rayon polis şöbəsinə gətirilib.

Qeyd edək ki, Həsrət Səmədzadə əvvəllər də dəfələrlə eyni maddə ilə məhkumluq həyatı yaşayıb.

Hazırda faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb və ibtidai istintaq davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az