Bu körpü uça bilər - Sumqayıt şəhər icra hakimiyyəti tədbir görmür (VİDEO)

09:17 - 26 İyul 2022

Bu körpü uça bilər - Sumqayıt şəhər icra hakimiyyəti tədbir görmür (VİDEO)

Abşeron rayon ərazisindən Sumqayıta daxil olarkən istifadə edilən körpüdə böyük dəlik əmələ gəlib. Körpünü altı boş olduğu üçün dəlik sürətlə böyüyəcək və sürücülər üçün  təhlükə yaradacaq. Təhlükənin miqyasını artıran başqa bir məqam isə körpünün altından dəmir yolu xəttinin keçməsidir.

 

Manset.az xəbər verir ki, buradan Sumqayıta və ya əks intiqamətdə həm minlərlə avtomobil istifadə edir, həm də körpünü alt hissəsindən dəmir yolu xətti keçir. Hazırda körpü istifadə edənlər üçün əsil təhlükə mənbəyidir.

Şəhər daxili yollara və o istiqamətdə olan bütün körpülərə Sumqayıt şəhər İcra Hakimiyyəti nəzarət edir. Mövcud məsələ ilə bağlı icra hakimiyyətindən bildirildi ki, körpüdəki vəziyyətin araşdırılması və tədbirlərin görülməsi üçün aidiyyəti üzrə təcili tədbirlər görüləcək


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az