Almaniya bu ölkədə konsulluğunu boşaltdı

14:50 - 11 Mart 2026

Almaniya bu ölkədə konsulluğunu boşaltdı

Almaniya Xarici İşlər Nazirliyi İraqdakı Erbil Başkonsulluğunun ABŞ-İsrail-İran müharibəsi çərçivəsində inkişaf edən hadisələr səbəbilə təxliyə edildiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya, ABŞ və İsrailin İranı hədəf alan hücumları və Tehranın qarşılıq reaksiyalarından sonra, Yaxın Şərq və Körfəz bölgələrində artan gərginlik səbəbi ilə diplomatik nümayəndələrini təxliyə etməyə davam edir.

Keçən həftə İranın paytaxtı Tehran şəhərindəki səfirlik əməkdaşlarını təxliyə edən Almaniya son olaraq İraqın şimalındakı Erbil şəhərindəki başkonsulluq əməkdaşlarını da ABŞ-İsrail-İran müharibəsi çərçivəsində inkişaf edən hadisələrdən dolayı geri çəkib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az