"Whatsapp"dan hamının gözlədiyi YENİ FUNKSİYA

09:10 - 09 Avqust 2022

\"Whatsapp\"dan hamının gözlədiyi YENİ FUNKSİYA

Məşhur mesajlaşma proqramı “WhatsApp” yeni məxfilik parametri əldə edəcək.

 

Manset.az "oxu.az"a istinadən xəbər verir ki, tərtibatçılar istifadəçilərə telefon nömrələrini qrup üzvlərindən gizlətmək imkanı verəcək funksiyanı sınaqdan keçirirlər.

Qrupa qoşulduqda istifadəçi onun telefon nömrəsini kimin görəcəyini özü seçə biləcək. İlkin olaraq, nömrə bütün qrup üzvlərindən gizlədiləcək.

Yeni parametr qrup haqqında məlumat bölməsində yerləşir. Bu funksiya Android üçün “WhatsApp” beta 2.22.17.23 versiyasında peyda olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az